16 C
Bakı
26 Sentyabr 2025 03:41
HadisəVideo

Azərbaycanda müəllimləri daşıyan maşını sel apardı – ANBAAN VİDEO

 

Qubanın Cimi kəndində müəllimləri daşıyan maşını sel aparıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 

Belə ki, avtomobilində olan bir qrup müəllim heyəti çayı keçən zaman sel gəlib. Nəticədə “Chevrolet” markalı nəqliyyat vasitəsini su basıb və 100 metr məsafəyə aparıb.

 

Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra nəqliyyat vasitəsini və sürücünü sudan çıxarmaq mümkün olub.

 

Sakinlər bildiriblər ki, kənddə körpü yoxdur, yalnız Qonaqkənddə var. Cimi sakinləri gediş-gəliş üçün çayı keçməli olurlar./Oxu.az

 

Həmin görüntüləri təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər

“Bir də gördüm, qulağım yoxdur…” – Eşşək kişinin qulağını qopartdı – VİDEO

redaktor

Proses gedirdi, indi özünü göstərdi və… – ZƏLZƏLƏ AÇIQLAMASI

redaktor

Bakıda 106 saylı avtobusda partlayış.

admin