2 C
Bakı
11 Fevral 2026 03:42
Dünya

Netanyahu meydan oxudu: Sağ qalmaq istəyirsinizsə…

 

Silahlarını yerə qoyan və israilli girovları azad edən fələstinlilərə həyat və azadlıq verəcəyik.

 

Tacxeber.com xəbər verir ki. bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu video-müraciətində deyib.

 

“Bu gün Yəhya Sinvarın məhv edildiyini sizə bildirmək üçün qarşınızdaayam. Onun zərərsizləşdirilməsi HƏMAS-ın qəddar hakimiyyətinin süqutuna doğru mühüm addımdır. HƏMAS daha Qəzzanı idarə etməyəcək. Bu, yeni dövrün başlanğıcıdır – HƏMAS-sız həyat və siz Qəzza sakinləri üçün bu, nəhayət ki, onun zülmündən qurtulmaq şansıdır”, – deyə o bildirib.

 

O, həmçinin HƏMAS radikallarını israilli girovları azad etməyə çağıraraq, təşkilat rəhbərlərinin artıq qaçdığını və onların məhv ediləcəyini vurğulayıb:

 

“Silahlarını yerə qoyanlara və girovları qaytaranlara getmək və yaşamaq imkanı verəcəyik”.

 

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürüldüyü təsdiqlənib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın müxalifət liderinə qarşı 20 illik repressiya və beynəlxalq səssizlik

admin

Pakistan ordusu Hindistanda aviabazaları vurdu.

admin

BMT-nin Baş katibi: “Oruc mənə İslamın əsl üzünü göstərdi”

redaktor