Cəmiyyət

“Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik” – VİDEO

“Səyyadın ölümündən sonra hamımız parçalandıq. Biri-birimizin evinə getməyə də utanırıq. Elə bil onun ölümündə biz günahkarıq. Hamımız xəcalət çəkirik ki, ona kömək edə, yaşada bilmədik. Amma o kömək edərdi”.

 

Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum müğənni Səyyad Əlizadənin bacısı “Xəzər axşamı” verilişinə müsahibəsində deyib.

 

Sənətçinin övladı Atabəy isə əkiz qardaşı Məhəmmədin məzarı önündə onun ölümündən danışıb:

 

“Qardaşım 2006-cı ildə 1 yaşında qaraciyər çatışmazlığından vəfat edib. O dünyasını dəyişəndən sonra atam depressiyaya düşdü. Atam qardaşımın 3 böyük portretini çəkdirmişdi. Amma ürəyindəki alovu sönmürdü. 2007-ci ildə “Səni mən çox axtarmışam” mahnısı yazdırdı. Bu mahnı qardaşıma həsr olunub”.

 

Qeyd edək ki, Səyyad Əlizadə 2021-ci ilin sentyabrında koronavirusdan dünyasını dəyişib.


Tacxeber.com

Oxşar xəbərlər

Mübariz Mənsimovun oğlu Acun İlıcal qızı ilə birgə… FOTOLAR

admin

Həbsdə olan sabiq icra başçıları azadlığa çıxır?

admin

“Bu kişiləri boşanmış qadınlar çox cəlb edir” – Maraqlı açıqlama

redaktor