Ukrayna prezidenti Volodimir Zelenski Ali Radaya “Qələbə planı”nı təqdim edib.
Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, əgər Ukraynanın müttəfiqləri oradakı tələbləri dəstəkləsələr, münaqişə “gələn ildən gec olmayaraq” başa çatacaq.
“Plan dəstəklənsə, gələn ildən gec olmayaraq müharibəni bitirə bilərik”, – deyə Zelenski Radada çıxışı zamanı bildirib.
Oktyabrın 17-də Ukrayna prezidenti Avropa Şurasına da “Qələbə planı”nı təqdim edəcək.