16 C
Bakı
27 Sentyabr 2025 01:28
DünyaMuharibə

İsrail İrana zərbəni qərarlaşdırdı

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalant İrana hücum metodu və vaxtı barədə razılığa gəliblər.

Tacxeber.com xəbər verir ki, bu barədə “Kan” telekanalı məlumat yayıb.

 

“Biz həmçinin cavab zərbəsinin vaxtı və miqyasinı qərarlaşdırırıq.  Bundan başqa, əməliyyat əlavə olaraq  Nazirlər Kabinetinin yekun təsdiqini tələb edir”.

 

Qeyd edək  ki, oktyabrın 1-də İran ballistik raketlərlə İsrailə hücum edib. Ümumilikdə 180-ə raket atılmasina baxmayaraq, İsrail tərəfi raketlərin əksəriyyətinin ələ keçirilməsinə nail olub. Raketlərin atılmasına səbəb isə Fələstin HƏMAS və Livan “Hizbullah” hərəkatının hədəflərinin İsrail tərəfindən məhv edilməsi olub.

Oktyabrın 9-da İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin İrana qəfil hücuma hazırlaşdığını bildirib. O, cavab atəşinin son dərəcə dəqiq və dağıdıcı olacağını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Putinin təklif etdiyi atəşkəsi rədd edib

redaktor

Vuçiçdən xəbərdarlıq: Heç kim əfv olunmayacaq

redaktor

“Ukrayna savaşının baş “quzğunu” – “Wall Street Journal”

admin