CəmiyyətGündəm

Emin “Sea Breeze”dən ev qazanan qazi ailəsindən görüntülər paylaşdı

Xalq artisti, biznesmen Emin Ağalarov bir müddət öncə instaqram üzərində keçirdiyi yarışda “Sea Breeze”də ev qazanan qazi ailəsi ilə bağlı paylaşım edib.

 

Tacxeber.com xəbər verir ki, paylaşımda həmin qazinin ailə üzvləri, onların yaşadığı şərait öz əksini tapıb.

 

“Mən fəxr edirəm ki, belə insanlar “Sea Breeze” sakinləri olacaqlar. Sizi gözləyirik!” – deyə paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, yarışın qalibi Vətən müharibəsi qazisi Rauf Qasımovun həyat yoldaşı Türkan Qasımovadır.

 

Onu da əlavə edək ki, qazi Rauf Qasımov Vətən müharibəsində bir gözünü itirib, digər gözünün görmə qabiliyyəti isə 30 faizdir.

 

Oxşar xəbərlər

İynə vurmaq və ya sistem qoşdurmaq üçün aptekə müraciət edirsinizsə… – VİDEO

redaktor

“Bu dondurmaların hazırlanmasında köhnə yağlardan istifadə olunur” – Ekspertdən SOS

redaktor

Ölkənin baş notariusu işdən çıxarıldı – FOTO

admin