21 C
Bakı
22 İyun 2025 22:21
Hadisəİdman

“Neftçi”nin yeni baş məşqçisi kimdir?

Neftçi”nin yeni baş məşqçisi bəlli olub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Futbolinfo.az” məlumat yayıb. Bu, Zaqreb “Dinamo”sunun sabiq məşqçisi Sergey Yakiroviçdir. Bosniyalı mütəxəssisin artıq Bakıya gəldiyi bildirilir. Hazırda tərəflər arasındakı danışıqların son mərhələsidir. Ciddi bir fikir ayrılığı yaranmasa, Yakiroviçlə ən qısa zamanda rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Sergey Yakiroviçin sonuncu iş yeri yeri Zaqreb “Dinamo”su olub. Xorvatiya çempionu bu mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələsində məhz onun rəhbərliyi altında “Qarabağ”ı hər iki oyunda məğlub edərək mərhələni adlamışdı. O, ÇL-in Liqa mərhələsində “Bavariya”ya böyükhesablı məğlubiyyətdən (2:9) sonra sentyabrın 19-da “Dinamo”dan qovulmuşdu.

 

47 yaşlı mütəxəssis “Riyeka”, “Zrinski”, “Maribor”, “Qoritsa” və “Sesvete” kimi klublarda da baş məşqçi kimi çalışıb. O, 2021/2022 mövsümündə də “Zrinski”ni Bosniya və Herseqovina çempionu edib, ötən mövsüm Zaqreb klubu ilə Xorvatiyada qızıl dubla imza atıb.

Tacxeber.com

Oxşar xəbərlər

Əks yola çıxan sürücü ölüm saçdı – ANBAAN GÖRÜNTÜLƏR

redaktor

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlanıb

admin

İbrahimoviçdən Azərbaycan millisi ilə oyun öncəsi açıqlama

redaktor