15 C
Bakı
30 Mart 2026 20:06
CəmiyyətHadisə

Bakıda 005 nömrəli “Cybertruck”ı kim sürür? – FOTO

 

Azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov özünə daha bir bahalı avtomobil alıb.

 

Bununla bağlı Hüseyn sosial şəbəkə hesabında məlumat yayıb.

 

Həsənov “Tesla”nın nəhəng və komfortu ilə seçilən “Cybertruck” model avtomobilini alıb. Həmin avtomobilin qiyməti isə 350 min manat civarında dəyişir. Hüseyn Həsənov paytaxta gətirtdiyi avtomobili idarə edir və Bakı küçələrində görünüb.

 

Xatırladaq ki, Hüseyn Həsənovun şəxsi qarajında “Lamborghini Urus” – 548 min manat, “Rolls-Royce Cullinan” – 685 min manat, “Lamborghini Aventador” – 550 min manat, “Mercedes-AMG G63” – 822 min manat avtomobilləri var. Bloger qırmızı rəngi sevdiyindən adıçəkilən lüks avtomobilləri qırmızıya boyadıb. Onun Dubaydan aldığı sonuncu “Bugatti Chiron Super Sport” avtomobilinin qiyməti isə 3.8 milyon avrodur (təxminən 6.8 milyon manat).    (Xalq)

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstandan Azərbaycana təyyarə bileti 1200 manat oldu – ÇARƏSİZ İNSANLAR TBLİSİDƏN BAKIYA İSTANBUL VƏ AKTAU ÜZƏRİNDƏN GƏLİR

redaktor

“TikTok” yeni sosial şəbəkə yaradır

redaktor

Şəmsi Səmədzadə biznesini bu ölkəyə daşıyıb

redaktor