16 C
Bakı
27 Sentyabr 2025 20:43
Dünya

İranlı ekspertdən sensasiyalı iddia: “Hizbullah” peycerləri İran şirkəti vasitəsilə alıb”

İranlı ekspertdən sensasiyalı iddia:

“Livanda partlayışlara səbəb olan peycerləri “Hizbullah” İran şirkəti vasitəsilə alıb”.

 

“Azad İran” “Telegram” kanalının xəbərinə görə, bu sözləri iranlı ekspert Məsud Əsədullahi dövlət televiziyasının efirində deyib.

 

Onun sözlərinə görə, “Hizbullah”ın təhlükəsiz əlaqə qurmaq məqsədilə bir İran şirkəti Tayvandan 5 min ədəd peycer alaraq “Hizbullah”a verib.

 

Ekspert peycerlərin təhlükəsizlik yoxlamalarından keçmədən istifadə edildiyini vurğulayıb. M.Əsədullahi bildirib ki, hələlik 2 min peycer “Hizbullah” üzvləri arasında paylanılmayıb.

 

Qeyd edək ki, ekspertin çıxışı İranda sensasiya yaradıb. İranın hökumət mediası ekspertin efirdəki açıqlamalarından sonra bunların əsassız iddia olduğunu bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail ordusu bu önəmli şəhəri ƏLƏ KEÇİRDİ

redaktor

Türkiyə və Türkmənistan qaz tədarükü barədə razılığa gəliblər

admin

Litva prezidenti: “Bir dəfə mühafizəçilərdən qaçdım, sonra onların üzünü görüb…”

redaktor