7 C
Bakı
28 Dekabr 2025 03:51
Dünya

İranlı ekspertdən sensasiyalı iddia: “Hizbullah” peycerləri İran şirkəti vasitəsilə alıb”

İranlı ekspertdən sensasiyalı iddia:

“Livanda partlayışlara səbəb olan peycerləri “Hizbullah” İran şirkəti vasitəsilə alıb”.

 

“Azad İran” “Telegram” kanalının xəbərinə görə, bu sözləri iranlı ekspert Məsud Əsədullahi dövlət televiziyasının efirində deyib.

 

Onun sözlərinə görə, “Hizbullah”ın təhlükəsiz əlaqə qurmaq məqsədilə bir İran şirkəti Tayvandan 5 min ədəd peycer alaraq “Hizbullah”a verib.

 

Ekspert peycerlərin təhlükəsizlik yoxlamalarından keçmədən istifadə edildiyini vurğulayıb. M.Əsədullahi bildirib ki, hələlik 2 min peycer “Hizbullah” üzvləri arasında paylanılmayıb.

 

Qeyd edək ki, ekspertin çıxışı İranda sensasiya yaradıb. İranın hökumət mediası ekspertin efirdəki açıqlamalarından sonra bunların əsassız iddia olduğunu bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər

Ağ Evdə keçiriləcək Paşinyan, Əliyev və Tramp görüşündən “böyük sülh sazişi” gözləmək sadəlövhlükdür.

admin

“İran Patruşevin Tehrana səfəri barədə razılaşdırılmamış məlumat yayıb” – MTİ

admin

Futbolçunu öpən UEFA-nın vitse-prezidenti istefa verəcək – VİDEO

redaktor