19 C
Bakı
26 Sentyabr 2025 22:04
Cəmiyyət

Oqtay Şirəliyev cərimə olundu – Səbəb

 

Sabiq səhiyyə naziri Oqtay Şirəliyev barəsində inzibati xəta protokolu tərtib olunub.

 

Tacxeber.com“Qaynarinfo”ya istinadən xəbər verir ki, sabiq nazirin adına yazılan protokol İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə irəli sürülüb.

 

Buna səbəb isə sabiq nazirin hazırda rəhbəri olduğu “Respublika Diaqnostika Mərkəzi” Açıq Səhmdar Cəmiyyətinin (ASC) gömrük qaydalarını ciddi şəkildə pozması olub.

 

İXM-nin 491.1-ci maddəsinə əsasən, bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30 faizindən 100 faizinədək məbləğdə cərimə edilir.

 

İş Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin icraatındadır.

Tacxeber.com

Oxşar xəbərlər

Ramil Səfərov vəziyyəti ağır olan meyxanaçını ziyarət etdi – FOTO

redaktor

Qubadlıda icarədarların ödənişləri niyə verilmir?- “Amal Qrup” MMC rəhbəri Orxan İbrahimli kimlərə güvənir?

redaktor

Hüseynbala Mirələmovun oğlu su pulunu ödəmir – RƏSMİ

redaktor