24 C
Bakı
13 Avqust 2025 23:11
Dünya

İlon Mask yeni elektromobili TƏQDİM ETDİ: Sükanı və pedalları yoxdur – FOTO/VİDEO

Amerikalı milyarder İlon Mask “Tesla”nın avtonom rejimdə çalışan robot taksi elektromobilini (Cybercab – Qeyd) təqdim edib.

 

Tacxeber.comxəbər verir ki, təqdimat Kaliforniyada baş tutub.

 

Maskın sözlərinə görə, hazırda ən azı 50 tam avtonom rejimdə çalışan elektrik avtomobili mövcuddur.

 

Qeyd olunub ki, nəqliyyat vasitəsində sürücü üçün idarəetmə mexanizmləri nəzərdə tutulmayıb. Yəni robot taksi məqsədyönlü şəkildə qurulmuş avtonom avtomobildir, sükan və pedallar yoxdur.

 

İlon Mask bildirib ki, bir robot taksinin qiyməti 30 min dollar olacaq. Eyni zamanda, xidmətdən istifadə edənlər səyahət üçün hər milə (1.6 km – Qeyd) təxminən 30-40 sent ödəyəcəklər.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

redaktor

XİN-dən bayrağımızın Ermənistanda yandırılmasına reaksiya

redaktor

Fransadan şok çağırış: Avropa İttifaqını məhv etmək lazımdır

redaktor