29 C
Bakı
14 Avqust 2025 19:14
Dünya

İlon Mask yeni elektromobili TƏQDİM ETDİ: Sükanı və pedalları yoxdur – FOTO/VİDEO

Amerikalı milyarder İlon Mask “Tesla”nın avtonom rejimdə çalışan robot taksi elektromobilini (Cybercab – Qeyd) təqdim edib.

 

Tacxeber.comxəbər verir ki, təqdimat Kaliforniyada baş tutub.

 

Maskın sözlərinə görə, hazırda ən azı 50 tam avtonom rejimdə çalışan elektrik avtomobili mövcuddur.

 

Qeyd olunub ki, nəqliyyat vasitəsində sürücü üçün idarəetmə mexanizmləri nəzərdə tutulmayıb. Yəni robot taksi məqsədyönlü şəkildə qurulmuş avtonom avtomobildir, sükan və pedallar yoxdur.

 

İlon Mask bildirib ki, bir robot taksinin qiyməti 30 min dollar olacaq. Eyni zamanda, xidmətdən istifadə edənlər səyahət üçün hər milə (1.6 km – Qeyd) təxminən 30-40 sent ödəyəcəklər.

Tacxeber.com

Oxşar xəbərlər

Ruslar Ukraynada son 24 saatda 450 canlı qüvvə itgisi verib

admin

Hindistanla Pakistan niyə və necə müharibə edirlər? – 78 illik davanın tarixçəsi İngilis planı bölgəni bitməyən savaşa məruz qoyub

admin

Paşinyan da Moskvaya getdi.

admin