12 C
Bakı
28 Mart 2026 12:44
Kriminal

Əhmədin sonuncu məhkəmədə geyindiyi köynək: Təsadüf, yoxsa mesaj verir? – Foto

 

Beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun sonuncu məhkəmə prosesində geyindiyi köynək diqqət çəkib.

 

Tacxeber.com Savashmedia.az-a istinadla xəbər verir ki, həmin köynəyin üzərində “Traditional Art” yazısı qeyd olunub. Bu isə ingilis dilindən tərcümədə “ənənəvi sənət” anlamına gəlir.

 

Maraqlıdır, cəzasının sərtləşdirildiyi son məhkəməyə məhz bu köynəklə gəlməsi təsadüfdür? Yoxsa, o, bununla da hansısa mesajı verməyə çalışıb?

 

Xatırladaq ki, Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Məhkəmənin hökmünə əsasən, Əhməd Əhmədov cəzadan azad edilib. Onun barəsində ixtisaslaşmış psixatriya xəstəxanasında (Respublika Psixiatriya Xəstəxanası) məcburi müalicə tətbiq edilməsi barədə qərar çıxarılıb.

 

Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası – 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası – 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirib.

Tacxeber.com

Oxşar xəbərlər

Daha bir ifşa: Şirkət rəhbərləri 578 milyon manat vəsaiti ölkəyə qaytarmayıb

redaktor

Kütləvi etirazların baiskarı həbsxanada bıçaqlandı – FOTO

admin

ABŞ-da demokrat deputatlar güllələndi

admin