“Livanın növbəti Qəzza olmasını istəmirik”.

 

Tacxeber.com xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin baş naziri Binyamin Netanyahunun “Livan yeni Qəzzaya çevrilə bilər”açıqlamasına Ağ Evin sözçüsü Karine Jean-Pierregündəlik mətbuat konfransında verilən suala cavabda deyib.

 

O bildirib ki, bu məsələdə Netanyahu ilə razılaşmaları mümkün deyil: “Bu suala çox açıq cavab verəcəyəm: Livanın növbəti Qəzzaya çevrilməsini istəmirik və bu, olmayacaq. Biz bunu görməyəcəyik”.

 

Ağ Ev rəsmisi Qəzza və Livanda minlərlə insanın baş verənələər görə çox böyük çətinliklə üzləşdiyini qeyd edib: “Bölgə əhalisinin zülmü, iztirabı  artıb. Bu səbəbdən bir daha tərəfləri atəşkəsə dəvət edirik”.

Tacxeber.com