Dünya

“Türk Hava Yolları”nın pilotu aviareys zamanı VƏFAT EDİB

“Türk Hava Yolları” aviaşirkətinin kapitan pilotu İlçehin Pehlivan aviareys əsnasında vəfat edib.

 

Tacxeber.comTürkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin media müşaviri Yahya Üstün məlumat yayıb.

 

Bildirilib ki, “Airbus 350” tipli təyyarə ilə yerinə yetirilən TK204 nömrəli Seattle-İstanbul reysi zamanı pilotun halı anidən pisləşib. Hadisənin ardından Nyu-Yorka təcili eniş qərarı alınsa da, pilotun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edilib ki, 59 yaşlı İlçehin Pehlivan 2007-ci ildən “Türk Hava Yolları”nda çalışırmış.

Tacxeber.com

Oxşar xəbərlər

“Fəaliyyətimizə görə siyasi təzyiqlərlə üzləşirik” Avtandil Məmmədov

admin

“Rəsmi nikahda olmayan şəhid xanımlarına da şəhid ailəsi statusu verilsin” – TƏKLİF

redaktor

Bunu Ukrayna yox, NATO zabitləri edə bilər – Putin

redaktor