“Kişi güclüdür. Müqəddəs kitabımız Qurana söykənək: Allahın göndərdiyi 124 min Peyğəmbırimizin hamısı kişi olub. Demək ki, burada bir hikmət var”.
Tacxeber.comaxşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Əkbər Əlizadə yutubda yayımlanam “Mən” layihəsində deyib.
Aktyor qadın-kişi münasibətindən danışıb:
“Qadın kişiyə söykənməli, arxalanmalıdır. Qadın nə qədər tədbirli, məsləhət vermiş, gözüaçıq, dünya görüşü böyük olsa da, yenə kişi güclüdür. İstər əqli cəhətdən, istərsə də qol gücündə.