11 C
Bakı
27 Mart 2026 19:58
İdman

Rəqibini Ceki Çana bənzədən futbolçu CƏZALANDIRILDI

Müqavilə ilə İtaliyanın “Komo” komandasına məxsus olan və icarə əsasında B Seriyası təmsilçisi “Çezena”da çıxış edən Marko Kurto 10 oyun cəzalanıb.

 

Tacxeber.com xarici mətbuata istinadən xəbər verir ki, buna 26 yaşlı müdafiəçinin bu ilin yayında “Komo”nun heyətində yoldaşlıq görüşü zamanı İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Hi Çan Kvana qarşı etdiyi irqçi davranış səbəb olub.

 

Hadisə İspaniyanın Marbella şəhərində təlim-məşq toplanışı zamanı baş verib.

 

O, rəqibinə honkonqlu kino ulduzu “Ceki Çan” deyə müraciət etdiyi üçün müvafiq cəzaya məruz qalıb. FIFA futbolçunun davranışını irqçilik kimi qiymətləndirib.

 

Futbolçu cəzasını yarısını bu mövsüm, digər hissəsini isə şərti olaraq iki il müddətinə çəkəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Mbappenin vurduğu top azarkeşə dəydi, özündən getdi – VİDEO

admin

Bu gün Çempionlar Liqası yeni formatda start götürür

admin

Futbolçulara daha çox qol vurmaq üçün bu içki verilir

redaktor