12 C
Bakı
27 Mart 2026 03:39
Dünya

Putin Paşinyanla razılaşdı: Ruslar çıxır, erməni sərhədçiləri gəlir!

 

2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən keçid məntəqəsində xidmətini dayandıracaq, onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri əvəz edəcək.

 

Tacxeber.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb.

 

O bildirib ki, müvafiq razılaşma bu gün Moskvada Nikol Paşinyanla Vladimir Putin arasında keçirilən görüşdə əldə olunub.

 

Həmçinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri Ermənistanın Türkiyə ilə sərhədinin qorunmasını rusiyalı həmkarları ilə birgə təmin edəcəklər.

Tacxeber.com

Oxşar xəbərlər

Model cərrahın seks köləsi oldu: Vəhşicəsinə döyüldü və…

admin

Maskın qızı Trampın prezident seçilməsindən sonra ölkəni tərk etməyə hazırlaşır – Foto

redaktor

AZAL istismara yarasız, nasaz təyyarələri niyə reysə göndərir?

redaktor