29 C
Bakı
14 Avqust 2025 13:30
Dünya

Putin Paşinyanla razılaşdı: Ruslar çıxır, erməni sərhədçiləri gəlir!

 

2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən keçid məntəqəsində xidmətini dayandıracaq, onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri əvəz edəcək.

 

Tacxeber.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb.

 

O bildirib ki, müvafiq razılaşma bu gün Moskvada Nikol Paşinyanla Vladimir Putin arasında keçirilən görüşdə əldə olunub.

 

Həmçinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri Ermənistanın Türkiyə ilə sərhədinin qorunmasını rusiyalı həmkarları ilə birgə təmin edəcəklər.

Tacxeber.com

Oxşar xəbərlər

SON DƏQİQƏ! Ukrayna intiqamını aldı – İLK GÖRÜNTÜLƏR

admin

Paşinyan: “Azərbaycanla bütün əlaqələri bərpa etməyə hazırıq”

redaktor

Təyyarə qəzaları buna görə çoxalıb? – TƏƏCCÜBLƏNDİRƏN MƏQAM

redaktor