Kriminal

“Lotu Quli“nin rəqibini qonşuları ölümdən qurtardı

 

Monteneqroda erməni kriminal avtoritet Edik Asatryanın həyatına sui-qəsdin qarşısı alınıb.

 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ayıq-sayıq qonşular onun evinin yaxınlığındakı avtomobildə naməlum insanları görüb və polisə müraciət ediblər. Məlum olub ki, ehtiyatlılıq boşuna deyilmiş. Maşındakı səsboğuculu tapança ilə silahlanan maskalı “killer”lər Ediki öldürmək istəyiblər.

 

Bununla da qonşular Asatryanın həyatını xilas etdilər. Lakin Monteneqro hakimiyyəti avtoritetdən ölkəni tərk etməsini istəyib. İndi Edik İtaliya və Almaniyada özünə sığınacaq axtarır.

 

Qeyd edək ki, bir vaxtlar Edik Asatryanla (Tbilisski) mərhum azərbaycanlı “qanuni oğru” Lotu Quli arasında təsir sahələrinin bölüşdürülməsi uğrunda ziddiyyətlər yaranıb. Hətta kriminal ekspertlərin fikrincə bu qalmaqal böyüyərək, “kriminal müharibə”yə qədər gedib çıxa bilərmiş.

Tacxeber.com

Oxşar xəbərlər

Bəxtiyar Hacıyev həbsxana rəhbərliyindən və nəzarətçilərdən şikayətçidir

redaktor

Azərbaycan türk jurnalisti beynəlxalq axtarışa verib

redaktor

Qəhrəmanlıq ailə xoşbəxtliyinə zəmanət deyil

redaktor