28 C
Bakı
12 Avqust 2025 19:01
Hadisə

İki yaşlı Nəzrin masaj zamanı ağrının şokundan ölüb

 

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının xalq təbabəti ilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

 

Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Onminlərlə insanın ölümü ilə nəticələn Aşqabad zəlzələsi baş verir.

admin

Elmira Süleymanova vəfat etdi.

admin

Ronaldo 17 milyon dollara görün kimin təyyarəsini alıb?

admin