14 C
Bakı
01 Aprel 2026 12:26
Hadisə

İki yaşlı Nəzrin masaj zamanı ağrının şokundan ölüb

 

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının xalq təbabəti ilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

 

Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Ali təhsili olmayan, Qarabağ doğumlu “Yura Unitaz” Rusiya ordusunun podpolkovniki oldu

admin

Məzarına şəhid yoldaşı ilə birgə fotosu qoyuldu – FOTO

redaktor

İmran xanın qətlə yetirildiyi iddia edilir

redaktor