24 C
Bakı
11 Avqust 2025 22:40
GündəmHadisə

Paraşütlə uçarkən dünyasını dəyişən şəxs tanınmış həkim imiş – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün saat 16.00 radələrində 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.

 

Tacxeber.com qaynarinfo.az-a istinadən xəbər verir ki, Şamo Mehdiyev tanınmış stomatoloq olub.

 

Əslən Laçından olan həkim uzun müddətdir həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olurmuş.

 

Qeyd edək ki, Şamo Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.


Tacxeber.com

Oxşar xəbərlər

Mehman Xəlilovdan ŞOK ifadə: Təqsirim yoxdur

redaktor

Zəhmətsiz və ismətsiz gəlir hayında olanlar

redaktor

Sakinlər Sumqayıtda səkilərin “işğalından” narazıdırlar – Fotolar

admin