11 C
Bakı
29 Mart 2026 23:18
Hadisə

Namazdan sonra yoxa çıxan dördüncü kurs tələbəsinin meyiti TAPILDI

 

Sentyabrın 30-da Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

 

Lent.az-ın məlumatına görə, meyit sudan çıxarılarkən tanınmaz halda olduğundan DNT analizi götürülüb.

 

Meyiti tapılan şəxsin sentyabrın 6-da itkin düşən Siyəzən şəhər sakini, 22 yaşlı Mahmud Məlikov olduğu təsdiqlənib.

 

Bu barədə M.Məlikovun yaxınları məlumat veriblər. Bildirilib ki, meyit dəfn üçün sabah ailəsinə təhvil veriləcək.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Hamburq vağzalında bıçaqlı hücumda 17 nəfər həlak olub

admin

Rusiya Ukraynalı mədənçiləri daşıyan avtobusa hücum edib, nəticədə 15 nəfər ölüb.

redaktor

İki dəfə insult keçirmiş siyasi məhbusa həbsxanada təzyiq edilir.

admin