32 C
Bakı
12 Avqust 2025 14:16
Hadisə

Namazdan sonra yoxa çıxan dördüncü kurs tələbəsinin meyiti TAPILDI

 

Sentyabrın 30-da Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

 

Lent.az-ın məlumatına görə, meyit sudan çıxarılarkən tanınmaz halda olduğundan DNT analizi götürülüb.

 

Meyiti tapılan şəxsin sentyabrın 6-da itkin düşən Siyəzən şəhər sakini, 22 yaşlı Mahmud Məlikov olduğu təsdiqlənib.

 

Bu barədə M.Məlikovun yaxınları məlumat veriblər. Bildirilib ki, meyit dəfn üçün sabah ailəsinə təhvil veriləcək.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Filippində qasırğada ölənlərin sayı 155-ə çatıb, 129 nəfər xəsarət alıb

redaktor

Azərbaycanlı jurnalist canlı yayımda ölümlə üz-üzə qaldı – VİDEO

redaktor

Trampa nəyisə sübut etmək olmur.

admin