20 C
Bakı
16 İyun 2025 23:25
Dünya

Netanyahu: “İsrailin İranın hücumuna cavab vermək hüququ var və bunu mütləq edəcək”

“İsrailin İranın hücumuna cavab vermək vəzifəsi və hüququ var və bunu mütləq edəcək”.

Tacxeber.comxəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə televiziyası vasitəsilə xalqa canlı videomüraciətində bildirib.

“Təxminən bir ay əvvəl, Qəzza zolağında HƏMAS batalyonlarının məhv edilməsinin sonuna doğru, şimal xalqına verdiyim sözü yerinə yetirməyə başladıq.

Oktyabrın 7-də baş verənlərdən də Qalileyanı işğal edərək vətəndaşlarımıza qarşı daha böyük və daha dəhşətli qətliam törətməyi planlaşdıran “Rədvan”ın (Hizbullah hərəkatının elit bölmələri – red.) komandirlərini məhv etdik.

İran tarixdə ən böyük ballistik raket hücumunda artıq iki dəfə ərazimizə və şəhərlərimizə yüzlərlə raket atıb. Dünyanın heç bir ölkəsi öz şəhərlərinə və vətəndaşlarına belə bir hücuma dözməz, həmçinin İsrail də. İsrailin özünü müdafiə etmək və bu hücumlara cavab vermək hüququ və məsuliyyəti var və bunu edəcək”, – Netanyahu qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda güçlü zəlzələ gözlənilirmi?

admin

Ev telefonlarının abunə qiyməti artdı

redaktor

Ukrayna ordusu İran PUA-larına divan tutdu – Hamısı məhv edildi

admin