29 C
Bakı
11 Avqust 2025 16:01
DünyaHadisə

Mais Bərxudarov vəzifəsindən azad edildi

 

Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi baş verib.

 

Tacxeber.com Unikal-a istinadən xəbər verir ki, general-mayor Vilayət Bərxuda oğlu Quliyev 2-ci Ordu Korpusuna komandir təyin olunub.

 

Qeyd edək ki, bu vəzifəni əvvəlcə general-leytenant Mais Bərxudarov icra edirdi. O, hazırda sərəncama götürülüb.

 

Xatırladaq ki, Vilayət Quliyevin rəhbərlik etdiyi hərbi hissə 44 günlük Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.

Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.

Tacxeber.com

Oxşar xəbərlər

Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi.

admin

“Rusiya Federasiyasının başlıca qorxusu Krıma birbaşa zərbədir”

admin

Balıq konservalarında civə aşkarlandı Bazarlardan yığışdırılır

admin