Dünya

Livanda bütün təhsil müəssisələri bağlandı

Livanda davam edən münaqişə səbəbindən məktəblərdə və bütün təhsil müəssisələrində dərslərin başlaması oktyabrın 7-dən noyabrın 4-nə təxirə salınıb.

Tacxeber.comTASS-a istinadən xəbər verir ki, bunu Beyrutda keçirilən mətbuat konfransında respublikanın təhsil naziri vəzifəsini icra edən Abbas Hələbi bildirib.

“Nazirlik 1.3 milyon şagirdi və müəllimləri təhdid edən təhlükəyə görə məsuliyyəti öz üzərinə götürə bilməz. Ona görə də tədris ilinin başlanması noyabrın 4-nə təxirə salınıb”, – deyə məmur qeyd edib.

O, həmçinin xatırladıb ki, hazırda əksər dövlət məktəblərinin, texnikumların və institutların binaları cənub bölgələrindən olan qaçqınların yerləşdirilməsi üçün istifadə olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Sovet desantları Praqanı bu cür aldadaraq işğal etdilər.

admin

ABŞ ordusu hazır vəziyyətə gətirildi: İrana hücuma hazırlaşırlar

redaktor

Paşinyanın qızı ilə xaricə getməsi: “Problem nədir?”

redaktor