19 C
Bakı
26 Sentyabr 2025 20:47
Dünya

Trampdan İsrailə şok təklif: İranın…

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İsrailə hücuma cavab olaraq İrandakı nüvə obyektlərinə zərbə endirməyi təklif edib.

Tacxeber.com CNN-ə istinadən xəbər verir ki, Tramp İranın nüvə obyektlərinə hücumu yersiz hesab edən Co Baydenlə razılaşmayıb.

 

“Düşünürəm ki, Bayden səhv edir. Bu vuracağınız hədəf deyilmi?” – Tramp qeyd edib.

 

İranın İsrailə hücumundan sonra keçmiş amerikalı lider deyib ki, onun hakimiyyəti dövründə Yaxın Şərqdə müharibə olmayıb və İran tam nəzarət altında olub.

O əmindir ki, indi Bayden və vitse-prezident Kamala Harris ölkəni Üçüncü Dünya müharibəsinə sürükləyir. “İranın Kəmalə Harrisin prezident olmasını çox istəməsi təəccüblü deyil. Çünki onlar bilirlər ki, o, hakimiyyətdə olduğu müddətdə Amerikadan öz xeyirlərinə istifadə edə bilərlər”, – Tramp deyib.

Tacxeber.com

Oxşar xəbərlər

İsveç təcili olaraq Polşaya hərbi təyyarə göndərir

redaktor

Seymur Talıbovun Dubaydan görüntüləri yayıldı

redaktor

Dmitriyev: Bəzi ölkələr Putinlə Trampın görüşünü pozmağa çalışacaqlar

redaktor