23 C
Bakı
22 İyun 2025 21:07
Dünya

KİV: “Hizbullah”ın rəhbəri vəzifəsinə əsas namizəd İsrailin raket zərbəsi nəticəsində öldürülüb

“Hizbullah”ın yeni rəhbəri vəzifəsinə əsas namizəd Haşim Səfiyəddin İsrailin raket zərbəsi nəticəsində öldürülüb.

 

Bu barədə mənbələrə istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.

 

Bildirilir ki, o, Beyruta endirilən raket zərbəsində həlak olub.

 

Qeyd edilir ki, onunla birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə zabiti də öldürülüb.

 

Xatırladaq ki, “Hizbullah” hərəkatının mətbuat xidməti təşkilatın baş katibi Həsən Nəsrullah sentyabrın 27-də Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürülüb. Aviasiya zərbəsi “Hizbullah” rəhbərliyinin müşavirəsi zamanı endirilib. Təşkilatın bunkerlərini dağıtmaq üçün güclü bombalardan istifadə edilib.

Tacxeber.com

Oxşar xəbərlər

ÇL: “Real” – “Mançester Siti” matçında 6 qol vuruldu

admin

Dünya ölkələrinin borcu açıqlandı – Ən çox borcu olan 3 ölkə

admin

Şərurlu İsfəndiyar: “Azərbaycandakı binalar Türkiyədəkindən çox keyfiyyətlidir”

redaktor