11 C
Bakı
29 Mart 2026 08:13
Cəmiyyətİdman

“Kəpəz” “Neftçi”ni 4 qol vuraraq məğlub etdi – Azər Bağırovun Gəncə klubunda ilk qələbəsi

Azərbaycan Premyer Liqasında “Kəpəz” “Neftçi”yə qalib gəlib.

 

Tacxeber.com xəbər verir ki, IX turun açılış matçında, Tovuz şəhər stadionunda “ağ-qaralar”ı qəbul edən Gəncə təmsilçisi cari mövsümdə ilk qələbəsini qazanıb – 4:3.

 

Meydan sahiblərinin heyətində Orxan Əliyev (24, 32) dubl müəllifi olub. Mahamadu Ba (41) və Viktor Braqa (48) isə hərəyə bir dəfə fərqləniblər. Qonaq komandadan Ervin Koffi (4), Ramil Şeydayev (31) və Ağadadaş Salyanski (90+5) adını tabloya yazdırıb.

 

Bu qələbə sayəsində turnir cədvəlinin sonuncu sırasında qərarlaşan “Kəpəz” hesabına ilk 3 xalı yazdırıb.

Beləliklə “Neftçi” isə 5 xalla 8-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Sənaye və Texnologiya Kollecində insident – İşçi direktorla mübahisə edib özünə xəsarətlər yetirdi

redaktor

“Ürəyiniz rahat olsun deyə uşağınızı rentgen müayinəsindən keçirtməyin” – həkimdən SOS çağırış

redaktor

Tikilən kimi dağılan YOLLAR – İstifadə olunan materiallar, yoxsa iş keyfiyyətsizdir?

admin