3 C
Bakı
11 Fevral 2026 16:05
Gündəm

İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri

 

İsrailin Azərbaycandakı səfirliyi ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Tacxeber.com Globalinfo.az-a istinadla xəbər verir ki, səfirliyin yerləşdiyi binada ofisi olan bütün şirkətlərə işçilərin bir müddət məsafədən işləməsi tövsiyə edilib.

 

Hazırda binanın ətrafında təhlükəsizlik çəmbəri yaradılıb. Ofislərə göndərilən mesajlarda Yaxın Şərqdə müşahidə olunan gərginlik fonunda bu addımların atıldığı bildirilib. Mesajda sözügedən tədbirlərin məhz İsrail səfirliyinin təhlükəsizliyinin qorunması ilə bağlı olduğu qeyd edilməsə də, əsas məqsədin bu olduğu bəllidir.

 

Xatırladaq ki, ötən il İsrailin Bakıdakı səfirliyinə İran əsilli şəxsin hücumunun qarşısı alınıb. Son 15 ildə İsrailin Bakıdakı səfirliyində İrana bağlı qüvvələr dəfələrlə terror həyata keçirmək istəyiblər. Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları hər dəfə bu cəhdləri önləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Vaxtdır, Güney Azərbaycan İranın tərkibindən çıxmalıdır – Video

redaktor

Baydenin gənc qıza məsləhəti gündəm oldu –

redaktor

Azərbaycan himninə görə əsəbiləşdi – Video

redaktor