11 C
Bakı
25 Mart 2026 20:13
GündəmHadisə

İngiltərə polisi Abdullah Gülün həyat yoldaşından oğurluq etdi

 

Türkiyənin 11-ci prezidenti Abdullah Gül xanımı Hayrunnisa Gül ilə birgə Oksford İslam Araşdırmaları Mərkəzinin İdarə Heyətinin toplantısında iştirak etmək üçün İngiltərəyə gedib. İclasdan sonra Türkiyəyə qayıtmaq istəyən A.Gül və xanımı şok hadisə ilə üzləşib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb.

 

İngiltərə polisi H.Gülün üzərində bir neçə dəfə axtarış aparıb ki, bu da diplomatik qaydalara uyğun olmayıb.

 

Eks-prezident buna reaksiya göstərsə də, gərginlik yaratmamaq üçün tez bir zamanda təyyarəyə minmək istəyib. Daha sonra H.Gül çantasında 3 zərfin götürlüdüyünü fərq edib.

 

Məsələ ilə bağlı danışan sabiq prezidentin mətbuat müşaviri Birol Avşar baş verən hadisəni təsdiqləyib:

 

“Zərflərin içərisində sterlinq və avro olub. İngiltərə və Türkiyə səfirlikləri məsələ ilə yaxından maraqlanır”.

Tacxeber.com

Oxşar xəbərlər

Erməni səngəri darmadağın edildi – Video

redaktor

Kəmaləddin Heydərova bağlı daha bir şirkət “Paşa Holdinq”ə bağlı şirkətə birləşdi – SİYAHI

redaktor

Zahid Oruc: “Həbsxana sanatoriya deyil”

admin