Cəmiyyət

Əhməd Əhmədzadə baş nazirin köməkçisi təyin edildi

 

Baş nazir Əli Əsədov Əhməd Əhmədzadənin Nazirlər Kabinetinin Aparatındakı vəzifəsini dəyişib.

 

Tacxeber.comQaynarinfo-ya istinadən xəbər verir ki, Əhməd Əhmədzadə baş nazirin müşaviri vəzifəsindən köməkçi vəzifəsinə keçirilib.

 

Bununla da, baş nazirin köməkçilərin sayı 3-ə (Əhməd Əhmədzadə, Mehman Tağıyev, Fəxri İsmayılov) çatıb. Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov isə baş nazirin müşaviridir.

 

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadə 2021-ci ilin aprel ayında baş nazirin müşaviri təyin olunmuşdu.

Tacxeber.com

Oxşar xəbərlər

“690 bal yığan tələbə ilə 150 bal yığan tələbə eyni univrsitetdə oxuyur”

redaktor

Təqaüdçülərin pullarını ələ keçirən şəxs saxlanılıb

redaktor

“Mənim sayəmdə minlərlə insan rahat yata bildi” – Psixoloqdan zəlzələ açıqlaması

redaktor