Cəmiyyət

Əhməd Əhmədzadə baş nazirin köməkçisi təyin edildi

 

Baş nazir Əli Əsədov Əhməd Əhmədzadənin Nazirlər Kabinetinin Aparatındakı vəzifəsini dəyişib.

 

Tacxeber.comQaynarinfo-ya istinadən xəbər verir ki, Əhməd Əhmədzadə baş nazirin müşaviri vəzifəsindən köməkçi vəzifəsinə keçirilib.

 

Bununla da, baş nazirin köməkçilərin sayı 3-ə (Əhməd Əhmədzadə, Mehman Tağıyev, Fəxri İsmayılov) çatıb. Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov isə baş nazirin müşaviridir.

 

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadə 2021-ci ilin aprel ayında baş nazirin müşaviri təyin olunmuşdu.

Tacxeber.com

Oxşar xəbərlər

Yaqub Eyyubovun qardaşı qızı ilə bağlı qalmaqal

admin

Araz Musayevi vuran iki özbəkəsilli şəxslər Rusiyaya qaçarkən saxlanıldılar.

admin

Qurban Qurbanovun görüntüləri marağa səbəb oldu – VİDEO

redaktor