19 C
Bakı
26 Sentyabr 2025 21:41
DünyaMuharibə

Ukraynaya verilən F16-lar rus qırıcılarından geri qalır – ABŞ generalı

Kollektiv Qərb ölkələri tərəfindən Ukraynaya verilən F-16 təyyarələrinin köhnə modelləri Rusiyanın müasir qırıcıları ilə rəqabətə tab gətirməyəcək.

 

Bu fikrləri ABŞ Silahlı Qüvvələrinin istefada olan general-mayoru Qordon Devis Business Insider-ə deyib.

 

“Bu təyyarələrə ən qabaqcıl sistemləri yerləşdirsəniz belə, onlar yenə də ən yaxşı rus qırıcılarını geridə qoya bilməyəcəklər”, – Devis vurğulayıb.

 

O əlavə edib ki, F-16-nın əsas çatışmazlıqlarına onun məhdud uçuş məsafəsi və hava hücumundan müdafiə vasitələrinə qarşı həssaslığı daxildir.

 

Portalın məlumatına görə, indiyədək Qərb Ukraynaya F-16-nın yalnız köhnə modifikasiyalarını verib. Onlar zəif xüsusiyyətlərə malikdir, o cümlədən radar avadanlığı baxımından geri qalır. Qeyd olunur ki, ilin sonuna kimi daha 20-yə yaxın belə qırıcı Ukraynaya təhvil veriləcək.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova avqustun 7-də bildirib ki, F-16 qırıcıları hərbi əməliyyatların gedişinə təsir edə bilməyəcək və “Rusiya silahlı qüvvələri tərəfindən ardıcıl olaraq məhv ediləcək”. (Bakupost)

Tacxeber.com

Oxşar xəbərlər

Rubio Venesuela prezidentini “narkotik kartelinin rəhbəri” adlandırdı

redaktor

Tramp Zelenskiyə hücuma keçməyi təklif edib – The Washington Post

redaktor

İran Rusiya ilə memorandum imzaladı

redaktor