26 C
Bakı
21 İyun 2025 17:33
CəmiyyətGündəmHadisə

Prezident general-mayoru rütbəsindən məhrum etdi

Prezident İlham Əliyev Tofiq Etibar oğlu Həsənovun ali xüsusi rütbədən və dövlət təltifindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.

 

Tacxeber.com olaraq sərəncamın mətnini təqdim edirik:

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatını əsas götürərək qərara alıram:

 

1. Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Tacxeber.com

Oxşar xəbərlər

Tibbi sığortada çatışmazlıqlar: “Randevu sistemi, həkimlərin maaşı…”

redaktor

Qızını erməniyə ərə verən Ağadadaş Kərimov diaspor rəhbərini tutdurdu.

admin

Röyadan Talıbovlarla bağlı AÇIQLAMA

redaktor