23 C
Bakı
22 İyun 2025 19:28
Dünya

Pezeşkian İsrailə hücumdan xəbərsiz olub?

 

“Nyu York Tayms” qəzetinin iddiasına görə, ali dini lider Əli Xameneinin əmrini yerinə yetirən İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığı İsrailə raket hücumuna başlamazdan əvvəl İran Prezidenti Məsud Pezeşkiana məlumat verməyib. ABŞ nəşri bunu əməliyyatla bağlı İran rəhbərliyində mümkün parçalanma ilə izah edib.

 

Tacxeber.comxəbər verir ki, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, nəşrin bu iddiasının nə dərəcədə həqiqətəuyğun olduğunu söyləmək çətindir.

 

“Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər. Fikrimcə, İsrailə hücum barədə Prezident Məsud Pezeşkiana məlumat verilib, sadəcə, hücum qərarıyla bağlı onun rəyi öyrənilməyib, o, fakt qarşısında qoyulub. Zərbə endirildikdən sonra isə Məsud Pezeşkian hücumu dəstəkləyən fikirlər paylaşmaq məcburiyyətində qalıb. Ancaq Pezeşkian İsrailin cavab zərbələrinin İrana hansı zərər vuracağını da anlamamış deyil. Pezeşkian seçiləndə beynəlxalq aləmlə münasibətləri nizamlayacağını, iqtisadi vəziyyəti düzəldəcəyini vəd etmişdi. İsraillə müharibə bu planların üstündən xətt çəkəcək”.

Tacxeber.com

Oxşar xəbərlər

Ayətullah Xamnəi: İsrailə cavab mütləq olacaq!

redaktor

Putin Ukraynanı Rusiya ərazilərini atəşə tutmaqda ittiham edib

redaktor

Koronavirusdan sonra yeni QORXUNC KABUS gəlir – İngiltərədə 6 uşağın həyatına son qoyub

redaktor