Dünya

İsrail Beyrutu vurdu, daha bir “Hizbullah” komandiri öldürüldü

İsrail ordusu Livanın paytaxtı Beyruta endirdiyi hava hücumunda İrandan “Hizbullah”a silah daşıyan bölmənin komandiri Məhəmməd Cəfər Kasiri öldürdüyünü iddia edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə İsrail ordusunun  X (tvitter) şəbəkəsində  yaydığı məlumatda deyilir.

 

Açıqlamada Kasirinin İran-“Hizbullah”-Suriya  arasında çox fəal əlaqələndirici rola malik “Hizbullah”ın ən görkəmli liderlərindən və İrana yaxın bir şəxs olduğu qeyd olunub.

 

Məlumatda həmçinin qeyd edilir ki, Kasiri “Hizbullah”a strateji döyüş materiallarının ötürülməsində yüzlərlə əməliyyatı idarə edib. O eyni zamanda “Hizbullah”ın dəqiq raket layihəsinin və İsraildəki hədəflərə hücum imkanlarının inkişaf etdirilməsinin idarə edilməsində rolu olan şəxsdir.

 

“Hizbullah” hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Saakaşvili Gürcüstanın Aİ-yə namizədliyinə Rəsulzadənin sözlərilə münasibət bildirdi.

admin

Ali şaman 2025-ci il üçün proqnoz verdi: şəhərlər 80 faiz…

redaktor

Keçmiş UFC döyüşçüsü xəstəxanada dünyasını dəyişib

redaktor