29 C
Bakı
11 Avqust 2025 15:59
DünyaMuharibə

İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır

İsfahan və Kirmanşah şəhərlərində hərbi baza və əhəmiyyətli dövlət obyektlərinə yaxın ərazilərdə yaşayan vətəndaşlar evlərini tərk edirlər.

 

Bu barədə yerli sosial media istifadəçiləri məlumat yayıblar.

 

Bildirilir ki, həmin şəhərlərdə yerləşən hərbi bazarlardan İsrailə raket hücumları edilib.

“Sakinlər İsrailin cavab hücumlarından qorxduqları üçün daha təhlükəsiz bölgələrə getməyə çalışırlar”, – məlumatlarda deyilir.

 

Qeyd olunur ki, hökumət məmurları sakinlərin evlərini tərk etmələrinə mane olduqları üçün bəzi yerlərdə qarşıdurmalar yaranıb.

 

Xatırladaq ki, İran öz ərazisindən İsrailə kütləvi raket zərbələri endirib. İsrail bunu cavabsız qoymayacağını elan edib. (Ölke)

Tacxeber.com

Oxşar xəbərlər

İran qonşu ölkələrin “tibb mərkəzi”nə çevrilib

redaktor

2023-cü ilin Novruz, Ramazan və Qurban bayramları günləri

redaktor

Balasanyan həbs edildi: separatçılar niyə “təmizlənir”?

admin