13 C
Bakı
30 Mart 2026 12:08
Dünya

İsrail Dəməşqə zərbə endirdi: Suriyalı aparıcı həlak oldu – VİDEO

Suriyanın populyar teleaparıcısı Safaa Əhməd İsrail Müdafiə Ordusu (SAXAL) tərəfindən Dəməşq ərazisinə endirilən zərbə nəticəsində həyatını itirib.

Tacxeber.com xəbər verir ki, bu barədə Suriyanın Radio və Televiziya Baş İdarəsi məlumat verib.

Bildirilib ki, faciə Suriya paytaxtının cənub-qərbində baş verib. İlkin məlumatlara görə, hücumun hədəfi İran səfirliyi olub.

Hava hücumu nəticəsində həlak olanların dəqiq sayı hələ açıqlanmır, lakin zərbənin bir neçə nəfərin həyatına son qoyduğu məlumdur.

Qeyd edək ki, Dəməşqə hücum İsrailin Livandakı hərbi əməliyyatının başlanması ilə eyni vaxta təsadüf edib.


Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Ukrayna ilə bağlı planını Kiyev və Avropa təzyiqindən sonra yumşaltdı

admin

“Navalnının cəsədi ən azı 14 gün daha ailəsinə verilməyəcək”

admin

Türkiyə Prezidenti: Ölü və ya diri, heç bir vətəndaşımızı dağıntı altında qoymayacağıq

redaktor