Dünya

“Zurabişvili fırıldaqçıdır” – Kaxa Kaladze

Tbilisi meri Kaxa Kaladze Gürcüstan Prezidenti Salome Zurabişvilini ölkənin imicinə xələl gətirməkdə ittiham edib.

 

Tacxeber.com Gürcüstan KİV-ə istinadla xəbər verir ki, o, Zurabişvilinin “ölkənin imicinə xələl gətirmək üçün hər şey etdiyini” vurğulayıb.

 

“Konstitusiyanı ilk pozan şəxsin səfərini başqa necə qiymətləndirmək olar? Əslində bunun əksi olmalıdır, o, Konstitusiyanı birinci müdafiə etməlidir”, – deyə Kaladze Zurabişvilinin bu gün almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşlə əlaqədar Almaniyaya səfərini qiymətləndirib.

 

Konstitusiyaya görə, Zurabişvili yalnız hökumətin razılığı ilə xarici səfərlər edə və rəsmi görüşlər keçirə bilər. 2023-cü ildə Gürcüstan prezidentinin Konstitusiyanı pozması onun impiçmentinə səbəb olub.

Tacxeber.com

Oxşar xəbərlər

Separatçıların həbsi Paşinyanın uğurudur – Erməni nəşri

redaktor

Lukaşenkonun soyqırımda əli var – AŞPA-dan qərar

redaktor

Azərbaycan ABŞ-ı iki dəfə öz yerinə oturdub – Rusiyalı politoloq

redaktor