12 C
Bakı
28 Mart 2026 17:46
Dünya

SON DƏQİQƏ: İrandan Azərbaycana dron göndərdilər – RƏSMİ AÇIQLAMA

 

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Tacxeber.combildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən naməlum uçuş aparatı müşahidə edilib.

Uçuş aparatının görülmüş tədbirlər nəticəsində saxlanılması təmin olunub. Üzərinə bərkidilmiş bağlamaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 700 qram narkotik vasitə marixuana və 1 500 ədəd “Metadon M-40” həbi aşkar edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Dünyanın sonu: Amerikalılar dəhşət içindədir – Ət yeyən “şeytan qurdları” torpaqdan çıxdılar

redaktor

Şahin Şıxlinskidən xəbər var! – Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

redaktor

Paşinyan yararsız yolda qəzaya düşdü – VİDEO

redaktor