Dünya

İsrail Fələstinin üç liderini öldürdü

 

İsrailin Beyruta hücumu nəticəsində Fələstin təşkilatının üç lideri öldürülüb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

 

Fələstinin Qurtuluş Xalq Cəbhəsi üç liderin Beyrutun Kola bölgəsində öldürüldüyünü bildirib. Məlumata görə, zərbə Livanın paytaxtının Kola rayonunda yaşayış binasının yuxarı mərtəbəsinə dəyib.

 

Sözügedən təşkilat İsrailə qarşı mübarizədə iştirak edən silahlı qruplaşmadır. Təşkilatın öldürülən liderlərin adlarını açıqlamayıb.

 

Qeyd edək ki, İsrail sentyabrın 28-də Beyruta zərbələr endirib və Hizbullah lideri Şeyx Həsən Nəsrullah öldürülüb. Zərbələr zamanı təşkilatın digər komandirləri və SEPAH-ın vəzifəli şəxsləri də ölüb.

Tacxeber.com

Oxşar xəbərlər

Merkelin bu sözləri Avropada aranı qarışdırdı

redaktor

Tramp həyatını xilas edən şəxsə vəzifə verdi

redaktor

Saakaşvili çağırış etdi: “Bəsdir rəqs etdiniz, mübarizə aparın”

redaktor