Dünya

İranda saxta spirtli içkilərdən 4 nəfər VƏFAT ETDİ

İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində saxta spirtli içkilərdən istifadə etməsi nəticəsində 4 nəfər ölüb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə İranın Gilan vilayəti Tibb Elmləri Universiteti rektoru Məhəmməd Təqi Aşubi yerli KİV-ə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, ölənlər 22-40 yaşları arasında şəxslərdir və etanol və yaxud metanoldan istifadə nəticəsində zəhərlənib.

 

Aşubi bildirib ki, ümumilikdə Rəşt şəhərində saxta içkilərdən istifadə nəticəsində 20 nəfər zəhərlənib. Onlardan 6 nəfərinin vəziyyəti ağırdır. 16 nəfərə dializ xidmətləri göstərilib.

Tacxeber.com

Oxşar xəbərlər

Cümşüd Nuriyev: “Rusiyanı aldatdılar, çıxış yolu yoxdur” – Şərh

admin

DİQQƏT! Ciddi istilər yaxınlaşır – AÇIQLAMA

redaktor

“Dostluğ”un dərin mənası: İki sülalənin Bakı görüşü

admin