16 C
Bakı
26 Sentyabr 2025 23:02
CəmiyyətGündəm

Diplom üçün tələbələrdən rüşvət alan müəllim QOVULDU – VİDEO

Rüşvət aldığı iddia edilən müəllim işdən azad edilib.

Tacxeber.com Gencexeber.az-a istinadla bildirir ki, bu barədə Gəncə Dövlət Universitetinin (GDU) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, GDU-nun Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində verdiyi ciddi nöqsanlara görə 30 sentyabr 2024-cü il tarixdə tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə GDU-da diplom almaq üçün tələbələrdən rüşvət tələb olunduğu iddia edilib və müvafiq videogörüntülər yayılıb. Qüdrət adlı müəllim diplomları təqdim etmək üçün tələbələrdən 10 manat məbləğində pul istəyib.

Səbəb olaraq isə, rüsum ödənilməsini göstərib. Hətta tələbə iddia edir ki, praktika üçün 250 manat yığılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilər tərəfindən törədilmiş Ballıqaya qətliamının ildönümüdür

redaktor

“Sərdar Cəlaloğlu qəza törətdi…”

redaktor

Ərdoğanla İmamoğlunun fərqli

admin