11 C
Bakı
27 Mart 2026 19:19
CəmiyyətQalmaqalŞou

“Utanmaz, deyir ki, aparıcıların evi, maşını var”

“Bir aparıcı çıxıb deyir ki, aparıcıların evi, maşını var. Nə edim, traktorda gəzim?”.

 

Bu sözləri aparıcı Elgiz Əkbər aparıcısı olduğu verilişdə deyib. O, həmkarlarından birinin aparıcıların mülklərini tənqid etməsindən danışıb:

 

“25 ildir bütün həyatımı televiziyaya həsr etmişəm. Azərbaycan xalqının ən çox baxdığı verilişlər aparmışam. Başa düşmürəm niyə maşınım olmasın? Yana-yana yazıb ki, aparıcıların yeni tikilidə evi, maşını var. Ağacda yatmalıyam? Dünənki uşağın maşını var. İşləyən adam niyə maşın almasın? Rusiyalı aparıcının Mayamidə iki villası var. Kimsə deyir niyə var? Acun Ilıcalıdan danışım, kimdən danışım? Verilişlərdə təzyiq tapmışam, nə böyük işlər görmüşəm. Deyir, filankəs yeni evdə yaşayır, maşın sürür. Utanmaz. Hərənin ağzından bir söz var. Şəklimi qoyub nələr yazırlar”. (Axşam)

Tacxeber.com

Oxşar xəbərlər

Aktyor həmkarı barədə: Bəli, nümunəvi həyat yaşamayıb

redaktor

“Səni döysəm, mənimlə evli qalarsan?” – Doğuşdan Xoşqədəmə

redaktor

Vasif Talıbovun qudası həbs oluna bilər – Nazir olanda görün, nələr edib…

redaktor