CəmiyyətGündəmİqtisadiyyat

Pulunuzun oğurlanmaması üçün mütləq bunlara əməl edin.

 

Son zamanlar sürətlə yayılan smartfona müdaxilə edilməklə bank hesabından pulların oğurlanmasının qarşısını almaq üçün nələr etmək olar?

 

 Tacxeber.com xəbər verir ki, İT mütəxəssisi Fərid Pərdəşünas bununla bağlı öz tövsiyələrini verib.

 

O, aşağıdakılara əməl etməyi tövsiyə edir:

 

* Klon tətbiqlərin istifadəsindən çəkinin. Bura “WhatsApp+”, reklamsız YouTube, pulsuz Spotify, pulsuz futbol oyun kanalları və s. daxildir;

 

* .apk faylları yükləməyin. Bu o mənaya gəlir ki, rəsmi tətbiq mağazası olan “Play Store”dan kənar – internetdən proqramlar yükləyib, smartfona quraşdırmayın;

 

* Smartfonunun ən son “Android” versiyası və təhlükəsizlik yenilənməsini həyata keçirin. Yenilənmə gələn tətbiqləri dərhal yeniləyin;

 

* Şübhəli tətbiqlərə lazımsız icazələr verməyin. Başqalarını izləməyə alan, görünməyən profilləri göstərən tipli casus proqramların istifadəsindən çəkinin;

 

* Şüphəli şəkildə smartfonun ekranı qaraldısa, dərhal bankla əlaqə saxlayın. Kartlarınızı bloklatdırın. Telefonu dərhal formatlayıb, fabrik ayarlarına qaytarın.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ” Bolqarıstanda çətin “Ludoqorets” səfərində

admin

Son 100 ildə Yer kürəsində baş verən zəlzələlərin sayı 5 dəfə artıb.

redaktor

Mask Trampın Zelenski ilə telefon danışığına qoşularaq, Kiyevə yardım VƏD EDİB

redaktor