24 C
Bakı
13 Avqust 2025 09:18
Hadisə

Pakistanda rusiyalı pilotları daşıyan helikopter qəzaya uğrayıb, ölənlər və yaralılar var

Pakistanda rusiyalı pilotları daşıyan helikopter qəzaya uğrayıb.

Tacxeber.comxəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə Pakistanın Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda baş verib.

Təyyarədə 14 nəfər olub, onlardan 6-sı ölüb, 8-i yaralanıb.

Qeyd edilib ki, helikopter Pakistanın neft kəşfiyyatı və hasilatı ilə məşğul olan “Mari Petroleum Limited” şirkətinə məxsus olub. O, texniki səbəblərdən neft yatağının yaxınlığında qəzaya uğrayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva vəfat etdi

redaktor

“Formula 1” üçün ayrılmış pulu mənimsəyən Çingiz Mehdiyevi arvadı İFŞA EDİBMİŞ – DETALLAR

admin

Tiflisdə yanğın: Türkiyə təyyarələri yardıma gəldi

redaktor